Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:29

Yanan binada üzlənmə işini imzalayan var, sifariş verən yox?


Yanan bina
Yanan bina

Binanı üzləmiş "Global Construction" və o üzlükləri buraxmış "Global Stone" şirkətlərinin təsisçisi, hazırda suçlu kimi məhkəmə önünə çıxarılan Miryusif Mahmudov deyir ki, təmir işləri barədə müqaviləni 2012-ci ildə Binəqədi Rayon İcra Hakimiyyəti ilə bağlayıblar. Amma 2012-2014-cü illərdə icra hakimiyyətində məsləhətçi və memar vəzifəsində çalışmış Hacıbaba Əkbərov iddia edir ki, onlar sifarişçi olmayıblar

Binəqədidəki yaşayış binasında 15 nəfərin ölümü ilə nəticələnmiş yanğınla bağlı məhkəmədə ciddi mübahisə doğub. Binanı üzləmiş "Global Construction" və o üzlükləri buraxmış "Global Stone" şirkətlərinin təsisçisi, hazırda suçlu kimi məhkəmə önünə çıxarılan Miryusif Mahmudov deyir ki, təmir işləri barədə müqaviləni 2012-ci ildə Binəqədi Rayon İcra Hakimiyyəti ilə bağlayıblar. Amma 2012-2014-cü illərdə icra hakimiyyətində məsləhətçi və memar vəzifəsində çalışmış Hacıbaba Əkbərov iddia edir ki, sifarişçi onlar olmayıb. O, oktyabrın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində şahid kimi ifadə verərkən, belə deyib.

Buna da bax:​ Yanan bina işi: '300 min istədilər'

"Sizə aid olmayan məsələdə niyə sənədi imzalamısan?"

"Mən memar olmuşam. Memar görüntüylə, estetika ilə bağlı məsələlərə nəzarət edir, texniki məsələlərə yox. Sifarişçi - Binəqədi Rayon İcra Hakimiyyəti olmadığından, o binada aparılan işlərə yaxından nəzarət etməmişik. Başqa bir şirkətin gördüyü işlərə nəzarət etmək səlahiyyətim yox idi. Mən yalnız icra hakimiyyətinin sifarişi ilə görülən işlərə nəzarət etmişəm", - həmin şahidin sözləridir.

Amma dindirmədə üzə çıxıb ki, Azadlıq prospektindəki binaların, o cümlədən yanan binanın üzlənməsi barədə qiymətləndirmə cədvəlinə Hacıbaba Əkbərov imza atıb. Təqsirləndirilən şəxslərin vəkilləri də ondan soruşublar ki, üzlənmənin icra hakimiyyətinə, ona heç bir aidiyyəti yox idisə, niyə həmin sənədi imzalayıb?

"Cədvəlin nüsxəsinin saxlanması üçün imza atmışam, bununla bağlı istintaqda da mənə sual verilib, sənəd memarlıq şöbəsində saxlanılır", - Əkbərov sualı belə cavablandırıb.

Buna da bax:​ Binəqədi yanğın işi: 'MTN əməkdaşlarına 50 min verildi'

“Görülən işin pulunu da verməyiblər”

Miryusif Mahmudovun vəkili İlhamə Həsənova şahidi yalan danışmaqda suçlayıb.

Miryusif Mahmudovun özü də sifarişçinin Binəqədi Rayon İcra Hakimiyyəti olduğunu təkrar vurğulayıb. O, ardınca əlavə edib ki, icra hakimiyyəti heç görülən işin pulunu da vermədiyindən, binaları öz vəsaitləri hesabına üzləyiblər.

Binada aparılan təmir işləri zamanı fəhlələrin briqadiri olmuş Telman Adıgözəlov da məhkəmədə dindirilib. Deyib ki, binaya poliuretan üzlüyü onun gətirdiyi fəhlələr vurub: "Mən orada işə düzələndə, Xanlar müəllim adlı iş icraçısı da vardı. O, işlərin görülməsinə nəzarət edirdi. Bundan əvvəl alkopan işləri görmüşəm.

Həmin işləri də Zaqatalada görmüşəm. Yanan binada da üzlüyü eyni qaydada vurmuşuq".

Məhkəmə noyabrın 1-də davam edəcək.

Buna da bax: 'Bina Fövqəladə Halların nəzarəti altında üzlənib'

Xatırlatma

Binəqədidəki bina yanğını ilə əlaqədar məhkəmə qarşısına çıxarılanlara Cinayət Məcəlləsinin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308-ci (vəzifədən sui-istifadə) maddələri ilə ittiham verilib. Təqsirləndirilən şəxslər arasında Miryusif Mahmudovla yanaşı, "Global Stone" MMC-nin baş direktoru Uğur Bəşirov, 2012-2013-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini olmuş Qəzənfər Novruzov, icra hakimiyyətində təsərrüfat şöbəsinin müdiri işləmiş Ədalət Rəcəbov, 72 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi olmuş Nizami Orucov, Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov və BDU-nun müəllimi, Dərnəgül Boru Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov da var. Onlardan Akif Əlibəyov və Ağacavad Məmmədov haqqında həbs-qətimkan tədbiri seçilməyib.

Buna da bax:

Azadliq prospektində yanan binanın söndürülmə anı
Gözlə

No media source currently available

0:00 0:00:12 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG