Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:38

Banan idxalına kim mane olur?


Bu günlərdə Ermənistanın baş naziri Karen Karapetian televiziyaya müsahibəsində demişdi ki, idxalda daha heç bir problem yoxdur, kim istəyir, nə istəyir, gətirə bilər.

Aravot qəzeti yazır ki, baş nazirin bu sözlərinə əsaslanan bir iş adamı Ermənistana bir maşın banan gətirib.

Doğrudan da sərhəddə gömrüklə və ərzaq mallarının təhlükəsizliyi müfəttişliyi ilə problem olmayıb. Ancaq maşın Ermənistan ərazisinə daxil olan kimi maşının qarşısını naməlum adamlar kəsiblər. Sonradan məlum olub ki, onlar məhkəmə qərarlarının icrası xidmətinin keçmiş rəisi Migran Pogosianın adamlarıdır.

Pogosianın özü də orda olub. Özünü general kimi təqdim edib və deyib ki, idxalçılar bir də belə səhvlər etməsinlər.

Pogosian elan edib ki, xoş məramlı hərəkət kimi bütün bananı almağa hazırdır.

İş adamı isə cavabında bildirib ki, axı baş nazir özü elan edib ki, ərzaq idxalı ilə hər bir kəs məşğul ola bilər. Pogosian isə ona məsləhət görüb ki, “nağıllara inanmasın”

BALACA MAFİYA

Ermənistanın keçmiş baş naziri Hrant Bagratian jurnalistlərə deyib ki, 2017-ci ilin büdcə layihəsi ilə razı deyil. “Artım, inkişaf təmayülü yoxdur”, “hökumət üzvləri qarşılarına işləmək vəzifəsi qoymayıblar”.

Keçmiş baş nazirin fikrincə,“artım olmalıdır, biz isə artım vəzifəsi qoymuruq. Mən hesab edirəm ki, bu iqtisadi komanda baş nazirə, prezidentə düzünü demir.”

1-ci erməni informasiya kanalının məlumatına görə, Bagratian iqtisadi komandanı “xırda mafiya” adlandırıb: “bu mafiya deyir: sakitcə yaşayın, özünüzə gərginlik yaratmayın”

Hrant Bagratian
Hrant Bagratian

Bagratian bir təklifi də borcla bağlıdır. Onun sözlərinə görə, hökumət xarici borcu yox, daxili borcu artırmalıdır. O deyib ki, bunu neçə illərdir bildirir, ancaq qulaq asan yoxdur. Bagratianın sözlərinə görə, hazırda Ermənistanın xarici borcu 5,2 milyard dram, daxili borcu 1 milyard dramdır.

Eks-baş nazir deyib ki, əgər borclanma bərabər olsaydı, “biz indi bu vəziyyətdə olmazdıq”.

Bagratin statistika xidmətinə də toxunub. O deyib ki, Milli Statistika Xidməti hər il iqtisadi artım göstərməklə,“peşəkarcasına yalan deyir”

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG