Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:02

Elon Musk "gözəgörünməz" batareyalı damları təqdim etdi


Elon Musk
Elon Musk

Elektrik enerjisi ilə işləyən avtomobilləri ilə tanınan Tesla şirkətinin rəhbəri Elon Musk Hollivudda, binaların arasında iqlim dəyişikliyindən təqdimat mərasimi keçirib, birdən tamaşaçılara müraciət edib ki, “sizin gördüyünüz bu evlərin hamısının damı günəş batareyalıdır. Siz bunu sezdiniz?”

Təqdimat mərasimindən yazan Bloomberg agentliyinin məlumatına görə, Musk-ın sualına yüzlərlə tamaşaçının cavabı “yox” olub. Hərçənd hamı bu mərasimə Musk-ın məhz yeni günəş damlarını görməyə gəlmişdi.

Bu damlar evlərin adi damlarından heç nə ilə fərqlənmir. Musk deyib ki, “bu gördüyünüz günəş batareylarının gələcəyidir.”

Qıraqdan baxanda bu damlar adi kirəmitdən heç nə ilə fərqlənmir. Əslində isə bu kirəmitlərin hamısı şüşədəndir. Onlar işıq şüasının sərbəst şəkildə günəş batareyasına keçməsinə imkan verir.

Günəş batareyalarını Panasonic şirkəti istehsal etməlidir, Musk-ın Tesla şirkəti isə bu günəş batareyalarını həmin şüşə kirəmitlərə yerləşdirəcək.

Musk deyir ki, yeni şüşə kirəmitlər polad kimi möhkəmdir, onlar həmçinin qarı əritmək üçün qızdırıcı elementlərlə təchiz oluna bilər. Musk-ın sözlərinə görə, şüşə kirəmit kvarsdan düzəlib və demək olar ki, ömürlükdür.

Bloomberg yazır ki, Los Ancelesdə Hollivudun Universal studiyasında tamaşaçılar gələcəyin enerjisini gördülər: Ev bütünlüklə Tesla-nın enerjisi ilə işləyir - evin damı günəşdən Teslanın batareyaları ilə enerji yığır, gecə vaxtı enerji evin divarındakı PowerWall adlı iki akkumulyatorda saxlanır. Həyətdə isə Tesla-nın elektrik avtomobili dayanıb.

Elon Musk
Elon Musk

Musk deyir ki, “gələcək günəşin və batareyanındır”.

Günəş batareyalı yeni damlar neçəyədir? Tesla şirkətinin adı altında bu damları istehsal edəcək SolarCity şirkətinin rəhbəri Lyndon Rive deyir ki, bu damlar istifadə olnan materialdan, binanın ölçüsündən və yerindən asılı olaraq 7 min dollardan 700 min dollara kimidir.

Bloomberg sonda yazır ki, Musk-ın planları reallaşsa, gələn ilin sonuna kim istəsə ,günəş batareyalı damı, Powerball

akkumulyatorunu, eləcə də Teslanın Model 3 yeni elektromobilini ala biləcək.

45 yaşlı milyarder Elon Musk Tesla şirkətindən başqa 1999-cu ildə X.com şirkətini yartmışdı. Bu şirkət sonradan Confinity şirkəti ilə birləşdi və PayPal şirkəti yarandı. Elekrton ödəmələr edən Paypal-ı Ebay şirkəti 1,5 milyard dollara alanda Musk-ın bu şirkətdə payı 11 faiz idi.

Elon Musk-ın yaratdığı 3-cü şirkət də məşhurdur. SpaceX şirkəti kosmik raketlərin hazırlanması ilə məşğuldur. Musk indiki kosmik raketləri 10 dəfə ucuz hazırlamağı qarşısına məqsəd qoyub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG