Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 14:45

Cəlilabadda sel


Azərbaycanın cənub bölgəsi sel-su altında

İntensiv yağışlar Cəlilabadda da fəsadlara yol açıb. Rayonda bir sıra ictimai iaşə müəssisələrini su basdığı bildirilir.

Bu haqda APA məlumat verir.

Məlumatda bildirilir ki, rayon mərkəzindən keçən Mişarçay çayında suyun səviyyəsi bir xeyli artıb. Ərazidəki bəndin dağılma təhlükəsi yarandığından qabaqlayıcı tədbirlərin görülməsinə başlanıb. Su axınını təmin edən alternativ kanalların qazıldığı xəbər verilir.

Buna da bax:​ Masallı kəndlərini su basıb

Hazırda “Petrovka” adlanan yaşayış məntəqəsinin rayon mərkəzi ilə əlaqəsinin tamamilə kəsildiyi deyilir.

Mişarçay çayının məcrasından çıxması səbəbindən bir sıra iaşə obyektinin su altında qaldığı qeyd edilir. Hazırda rayonun müvafiq qurumları selin qarşısını almaqdan ötrü ağır texnikanın köməyi ilə qabaqlayıcı tədbirlər gördüyü söylənir.

İntensiv yağışların Goranboy və Masallı rayonlarında da oxşar fəsadlar törətdiyi deyilir.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG