Keçid linkləri

2017, 12 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:39

Zakir Həsənov çexiyalı həmkarı ilə görüşüb


Zakir Həsənov

Azərbaycan müdafiə naziri Zakir Həsənov çexiyalı həmkarı Martin Stropnicky ilə görüşüb.

Xəbəri Müdafiə Nazirliyi yayıb.

Xəbərə görə, görüşdə Azərbaycan ilə Çexiya arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi, Dağlıq Qarabağ münaqişəsi və təhlükəsizlik məsələləri müzakirə olunub.

Z.Həsənov oktyabrın 18-dən Çexiyada səfərdədir. O, bu ölkəyə «Beynəlxalq Gələcək Qüvvələr Sərgisi 2016»da iştirak etmək məqsədi ilə gedib.

Həmin sərgiyə 60 ölkədən 1200-dən artıq nümayəndənin qatıldığı bildirilir. Orda Çexiya, ABŞ, Kanada, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Avstraliya, Norveç, İsrail və bir sıra digər ölkələrin hərbi sənaye kompleksinə daxil olan 200-dən artıq şirkətin məhsulları nümayiş etdirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG