Keçid linkləri

2017, 25 İyul, çərşənbə axşamı, Bakı vaxtı 22:59

Abşeron rayonunda fərdi yaşayış evində partlayış baş verib.

APA bu xəbəri Abşeron Rayon Polis İdarəsinə istinadən yayıb.

Xəbərə görə, hadisə gecə saatlarında Hökməli qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Müşfiq Qurbanova məxsus 2-mərtəbəli fərdi evdə qaz sızmasının partlayışa səbəb olduğu bildirilir.

Nəticədə ev yiyəsinin 3 yaşlı uşağı həlak olub. M.Qurbanov, onun həyat yoldaşı və daha 2 övladı isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son vaxtlar qaz sızmasından baş verən zəhərlənmələr, partlayışlar barədə xəbərlər media gündəmində sıx-sıx yer alır. Bu günlərdə Hacıqabulda bir ailənin 8 üzvü dəm qazından zəhərlənib. Ekspertlər isə

bunu texniki təhlükəsizlik tələblərinə əməl edilməməsi və qazın keyfiyyətsizliyi ilə izah edirlər.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG