Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:08

Müsəlman Azərbaycanında sekulyarlığı yazıçılar qoruyur


Bakıda "Azad Qadın" heykəli sekulyarlığın simvollarından biri hesab olunur.
Bakıda "Azad Qadın" heykəli sekulyarlığın simvollarından biri hesab olunur.

-

"Azərbaycan maarifçiliyi. Öz-özülə qovğalı xalq"

Almaniyanın "Deutsche Welle" xəbər agentliyinə bağlı islam aləmindən bəhs edən Qantara.de saytında müsəlman ölkəsi kimi Azərbaycanın sosial-mədəni analizinə həsr olunmuş yazı çap olunub. Yazı belə açılır:

Qadınların 1919-cu ildə seçki hüququnu tanıyan ilk müsəlman ölkəsi kimi Azərbaycanın öz maarifçi irsi ilə qürurlanmağa haqqı var. Lakin 21-ci əsrin "hərşeyə uyar" dini tolerantlıq interpretasiyası ilə ölkənin ədəbiyyat atalarının sekulyar irsi arasında son zamanlar bir münaqişə müşahidə olunur.

Bakıda ərəb turistləri.
Bakıda ərəb turistləri.

“Azərbaycan bir neçə ildir ki, turist axını gözləyirdi, bu yayın əvvəli qəflətən Azərbaycana turist axını oldu, amma bu turistlər azərbaycanlıların gözlədiyi kimi kürəklərində çanta, əyinlərində şort, əllərində xəritəylə şəhəri dolaşan avropalı turistlər deyil, ərəb ölkələrində müsəlman turist qrupları idi... Azərbaycan özünə multikulturalizm və tolerantlıq imici yaratmağa çalışan bir ölkədir, amma müxtəlif mədəniyyətlərin görüşü elə mürəkkəb məsələdir ki, hətta öz açıqlığı ilə fəxr edən bir cəmiyyəti də çətinə saldı.”

Buna da bax: Ənənələrdən qopmağımız faciədirmi? Məncə deyil

Bundan sonra yazıda ərəb turistlərin gəlişindən sonra aktuallaşan sekulyarlıq məsələlərindən, Azad qadın heykəlindən, “Molla Nəsrəddin” jurnalı ənənələrindən söz açılır.

Müsəlman ölkələri arasında unikal sayılan bugünkü sekulyar ölkəyə görə azərbaycanlılar həmişə özlərini XIX əsrin ikinci yarısı, XX əsrin əvvəlində yaşayıb-yazmış, “Azərbaycanın Volterləri” də adlandırılan bir neçə yazıçıya və şairə minnətdar sayıblar – yazıda deyilir.

Azərbaycan ədəbiyyatının bir sıra nümayəndələrindən – Cəlil Məmmədqulizadə, Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli, M.F.Axundov, M.Ə.Sabir, C.Cabbarlıdan söz açılır, həmçinin Rasim Qaraca, Sabir Rüstəmxanlı, Əkrəm Əylislidən bu münasibətlə sitatlar gətirilir.

Yazıda deyilir ki, Azərbaycan xalqını ədəbiyyat formalaşdırıb.

Bir zamanlar “Molla Nəsrəddin”çilərə böyük hörmət olub, amma son zamanlar dinin aktuallaşması onlara qarşı dövlət səviyyəsində soyuqluq yaradıb. Bu soyuqluq müasir yazıçıların tənqidlərilə qarşılaşıb.

Keçən əsrin əvvələrində Azərbaycanda çıxan "Molla Nəsrəddin" dərgisi, öz dövründə sekulyarlığın yayılmasında böyük rol oynamışdı.
Keçən əsrin əvvələrində Azərbaycanda çıxan "Molla Nəsrəddin" dərgisi, öz dövründə sekulyarlığın yayılmasında böyük rol oynamışdı.

Yazıda “Ölülər” pyesinin səhnəyə qaytarılması çətinliklərindən danışılır, Azərbaycanın üç müsəlman ölkəsilə həmsərhəd olmasından, Rafiq Tağı haqda çıxarılan dini fətvadan da söhbət gedir.

Yazı Azərbaycan yazıçı və jurnalistlərinin bu gün də Azərbaycandakı sekulyarlığı qoruyub saxlanması üçün özlərini məsul hesab etmələri haqda qeydlərlə davam edir və yazı müəllifi Nərmin Kamalın belə bir yekunu ilə tamamlanır:

“Bu müsəlman ölkəsində sekulyarlaşma prosesini bir zamanlar məhz yazıçılar başlamışdı. Azərbaycan yazıçı və jurnalistləri hələ də öz sekulyar cəmiyyətlərinə görə özlərini “məsul” hesab edirlər, müsəlman turistlər haqda xəbərlərdəki ehtiyatlı mövqelər bununla izah oluna bilər.

Buna da bax: İranda ideologiyadan ədəbiyyatın köməyilə necə qorunurlar?

İndi turist mövsümünün son günlərində, mən Bakıda Xəzər sahilində axşam gəzintisinə çıxmışam və bir müsəlman ölkəsinin həm sekulyarizm, həm də tolerantlıq uğrunda necə çırpındığını müşahidə edirəm.”

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG