Oktyabrın 18-də futbol üzrə Çempionlar Liqası qrup mərhələsində III turun oyunları başlayır.
İlk oyun günündə 8 görüş keçiriləcək.
Turnirin son qalibi "Real" Madriddə Polşanın “Legiya” klubunu qəbul edəcək.
“Yuventus” səfərdə “Lion”un, “Sevilya” isə Zaqrebdə “Dinamo”nun qonağı olacaq.
Turun qalan 8 görüşü isə oktyabrın 19-da keçiriləcək.
18 oktyabr
Çempionlar Liqası
Qrup mərhələsi
III tur
E qrupu
22:45. MOİK (Moskva, Rusiya) – “Monako” (Fransa)
22:45. “Bayer” (Almaniya) – “Tottenhem” (İngiltərə)
F qrupu
22:45. “Sportinq” (Portuqaliya) - “Borussiya” (Dortmund, Almaniya)
22:45. “Real” (Madrid, İspaniya) - “Legiya” (Polşa)
G qrupu
22:45. “Lester” (İngiltərə) – “Kopenhagen” (Danimarka)
22:45. “Brügge” (Belçika) – “Porto” (Portuqaliya)
H qrupu
22:45. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Sevilya” (İspaniya)
22:45. “Lion” (Fransa) – “Yuventus” (İtaliya)