Xarici işlər naziri Elmar Məmmədyarov Özbəkistana səfər edəcək.
Bu haqda nazirliyin mətbuat xidməti xəbər verir.
Elmar Məmmədyarovun İslam Əməkdaşlıq Təşkilatının 18-19 oktyabr tarixlərində Daşkənddə keçiriləcək 43-cü xarici işlər nazirləri şurasının toplantısına qatılacağı bildirilir.
Toplantı “Təhsil və Maarifçilik: Sülh və Yaradıcılığa doğru yol” mövzusuna həsr olunub.
Elmar Məmmədyarovun şurada çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.