Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:38

Əli İnsanovun 50 minlik şikayətinə 'yox' deyildi


Əli İnsanov
Əli İnsanov

Bakı Apellyasiya Məhkəməsində keçmiş səhiyyə naziri Əli İnsanovun Nəsimi rayon İcra Şöbəsinə qarşı iddiası üzrə şikayətə baxılıb. Apellyasiya şikayəti 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iyulun 19-da çıxardığı qərardan verilib. Məhkəmə Ə.İnsanovun icra şöbəsinə qarşı qaldırdığı iddianı təmin etməyib. Sabiq nazir də bundan narazı qalıb və yuxarı instansiyaya şikayət edib.

Ə.İnsanov prezidentin köməkçisi Tariyel Ağayevin qızı Vəfa Əlizadənin ona 50 min manat qaytarmalı olduğu barədə məhkəmə qərarının icra olunmamasına görə Nəsimi rayon İcra Şöbəsini məhkəməyə verib. V.Əlizadə keçmiş nazirin mülkiyyəti olan qarajı ondan və ailə üzvlərindən xəbərsiz öz adına keçirib və satıb. Məsələdən xəbər tutandan sonra Ə.İnsanov onu məhkəməyə verib.

Nəsimi rayon Məhkəməsi də 2015-ci ilin mayında V.Əlizadənin keçmiş nazirə 50 min ödəməsi barədə qətnamə çıxarıb. Amma qətnamə bu günə qədər icra olunmayıb. İnsanovun vəkilləri «Dekabank»da V.Əlizadənin səhmlərinin olduğunu əsas gətirərək, qərarın icrasını təmin etmək məqsədilə onların üzərinə həbs qoyulması üçün məhkəməyə müraciət edib. Məhkəmənin bu barədə qərardadı da icra olunmayıb.

Bütün bunlara görə, Ə.İnsanov icra şöbəsindən mənəvi ziyana görə 50 min manat, həmçinin bu qurumun üzərinə üç gün ərzində qərarın icrası vəzifəsinin qoyulmasını istəyir.

Oktyabrın 13-də Bakı Apellyasiya Məhkəməsində bu işə Kəmalə Abıyevanın sədrlik etdiyi hakimlər kollegiyası baxıb. Tərəflərdən heç biri – nə Ə.İnsanovun vəkili Ağaveyis Şahverdi, nə də icra şöbəsinin nümayəndəsi məhkəməyə gəlməyib. Məhkəmə tərəflərə xəbər verildiyini əsas gətirib, onların iştirakı olmadan işə baxıb. Qısa müşavirədən sonra apellyasiya şikayətinin təmin olunmadığı elan edilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG