Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:52

Əli İnsanov hakimiyyət üçün təhlükəlidirmi?


Əli İnsanov
Əli İnsanov

11 ildir ki, həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanov barəsində yenidən, 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Bu barədə oktyabrın 11-də Qaradağ Rayon Məhkəməsi qərar çıxarıb. Qərar Qaradağ Rayon Prokurorluğunun təqdimatı əsasında çıxarılıb.

Qərarda göstərilir ki, Əli İnsanov avqustun 23-də xidməti vəzifəsini yerinə yetirən ədliyyə mayoru Anar Məmmədova zor tətbiq edib, onun boğazını sıxıb, poqonlarını qoparıb.

Keçmiş səhiyyə naziri ittihamları qəbul etmir. Bunu onu həbsdə saxlamaqdan ötrü düşünülmüş ssenari sayır.

Keçmiş nazirin vəkili Toğrul Babayev AzadlıqRadiosu-na bildirib ki, Əli İnsanov məhkəmədə iştirakdan imtina edib.

"Mənə qarşı irəli sürülmüş ittiham yalandır. Bu, çox uğursuz şərləmədir. Mənim 11 illik həbs müddətimin başa çatmasına 9 gün qalmış azadlığa çıxmağımın qarşısını almaq üçün atılmış addımdır"…

Əli İnsanovun özü barəsindəki yeni ittihamlara belə münasibət bildirib.

Bəs əslində iqtidar onun həbsxanada qalmasında niyə maraqlı olmalıdır? Keçmiş qüdrətli nazir bu gün hakimiyyət üçün hər hansı bir təhlükə təşkil edirmi? Biz bu suallarla siyasi şərhçilərə müraciət etmişik.

Hüquq müdafiəçisi Oktay Gülalıyev deyir ki, Əli İnsanova qarşı yeni ittihamların irəli sürülməsi siyasi sifarişdir:

Siyasi şərhçi Azər Rəşidoğlu Əli İnsanovun hakimiyyət üçün qorxu xofu yaratdığını söyləyir:

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı isə bildirir ki, Əli İnsanovun ciddi təhlükəli və böyük nüfuza malik şəxs olduğunu düşünmür. Ona qarşı yeni irəli sürülən cinayəti törədib-törətmədiyini isə məhkəmə sübut edəcək:

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG