Oktyabrın 13-də Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə onun intensiv olacağı bildirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin xəbərinə görə, Abşeronda gecə 12-14, gündüz 16-20, Bakıda gecə 12-14, gündüz 17-19 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensiv olacağı ehtimal edilir.
Gecə 10-15, gündüz 18-23, dağlarda gecə 4-9, gündüz 11-16 dərəcə isti təxmin edilir.
Şərhlər (1)
Daha çox şərh göstər