Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:11

Sufi islam bütün dərdlərə çarə ola bilərmi?


İraq sufiləri
İraq sufiləri

Bu gün dünya radikal islam ideologiyası ilə mübarizədə «yumşaq» strategiyaya ehtiyac duyur. Pakistanlı alim Syed Qamar Afzal Rizvi hesab edir ki, sufizm fanatizm, fundamentalizm və zorakı ekstremizmi ram etməyə yardımçı ola bilər.

BƏŞƏRİYYƏTİN TƏRKSİLAHI

Bir çox islam alimləri sufizmin terrora meylliləri düz yola gətirə biləcəyinə inanır. Rumi, Omar Khayyam, Fariduddin Attar kimi sufi mütəfəkkirlərin orta əsrlərdə Avropaya qədər gedib çıxmış düşüncələri dövrümüzə qədər bir çox avropalı fikir adamının düşüncə tərzinə təsir edib. Bu baxımdan, sufilik icmalar arasında körpü salmaq potensialına malikdir.

Sufi islamı mötədil islam sayılır. Çünki o, dövlət üzərində fokuslanmır, ruhun təmizlənməsinə səsləyir.

Alim yazır ki, hazırda mövcud olan islam terror təşkilatlarının hamısı islamın siyasi təfsirinə əsaslanır. Onlar qloballaşmanın, Qərb mədəniyyətinin öz icmalarına, özəlliklə gənclərinə təsirini ziyanlı sayırlar.

Alimin sözlərinə görə, sufi yanaşması bəşəriyyəti tərksilah etməyə yönəlib. Müəllif məşhur musiqiçi Jimi Hendrix-in sözlərini yada salır: «Sevginin gücü güc sevgisinə üstün gələndə dünya sülhə qovuşacaq».

Buna da bax-Nəsimiyə palçıq atanlara (CAVAB)

TƏHSİL SİSTEMİNDƏ DƏYİŞİKLİKLƏR OLUNMALIDIR

«Bütün dünyada müsəlmanların siyasi islama qarşı birləşərək islahat təşəbbüsünə başlamasının vaxtı çatıb. Dini təhsil sistemində də ciddi dəyişikliklər edilməlidir. Çünki o, bütün terror təşkilatları üçün baza rolunu oynayır. Müsəlmanlar islamın sülhpərvər və tolerant təriqətinin köməyi ilə islamçı ideologiyaya müqavimət göstərməlidirlər. Müsəlmanlar beynəlxalq ictimaiyyətlə birlikdə, ardıcıllarının çoxuna misli görünməmiş ziyan vurmuş bu siyasi ideologiya ilə mübarizə aparmalıdırlar», - məqalədə deyilir.

Müəllif hesab edir ki, ekstremist islamçılığın əngəllənməsi haqda müzakirələrdə sufi fəlsəfəsinin geniş və dərin bazasına, ayinlərinə və sənət əsərlərinə az yer verilir. Halbuki, bütün bunlar müsəlman sivilizasiyasının ən maarifpərvər dövrlərinin vacib atributu olub.

Sufizm müsəlmanlara və qeyri-müsəlmanlara xatırladır ki, «Quran»da yazılmış sözlər artıq 1500 ildir ki, gündəlik həyat təcrübəsinə çevrilib, mədəni və intellektual təsirlərə məruz qalıb. Sufizmin gücü də elə bundadır.

15 MİLYON SUFİ

Bütün dünyada 15 milyon sufi var. Sufiliyin mərkəzi Dəməşq və buradakı Böyük Uməyya Məscididir. Müəllif hesab edir ki, sufizm məktəblərdə və məscid tribunalarında təbliğ olunmalı, sufilərə dünyanın televiziya kanallarına çıxmaq imkanı verilməlidir.

Alimin sözlərinə görə, hazırda üç amil nəzərə alınmalıdır. Birincisi, bu, dinin təhrifi üzərində qurulmuş ideya müharibəsidir. İkincisi, nəsil problemidir. İndi islahat aparılmalıdır ki, növbəti nəsil ekstremist ideyalara davamlı anlayış və bacarıqlara malik olsun. Üçüncüsü, bu problemlə birgə mübarizə aparılmalıdır.

«Terrorizmin dini yoxdur. Qərb və Şərq təhsil sistemlərinə insanpərvərliyi öyrədən «sufi islam» baxışları daxil edilməlidir», - müəllif yazır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG