Keçid linkləri

2017, 21 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:52

Gürcüstan AB-ə vizasız gediş-gəlişə bir az da yaxınlaşıb


Viza

AB səfirləri Gürcüstanla viza rejiminin aradan qaldırılmasıyla bağlı danışıqlara yaşıl işıq yandırıblar. Qərar oktyabrın 5-də Almaniya da razılığını bildirəndən sonra verilib.

Əvvəl Berlin Gürcüstan vətəndaşlarının Almaniyada törətdiyi cinayətlərin artdığını deyərək, Gürcüstanla viza rejiminin aradan qaldırılmasına qarşı çıxırdı.

Oktyabrın 6-da Avropa Şurasının diplomatları məsələni Avropa Parlamenti təmsilçiləri ilə müzakirə edəcəklər. AB ölkələrinin Gürcüstanla viza rejiminin qaldırılması barədə qərarı bu il təsdiqləyəcəyi gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG