Rusiya prezidenti Vladimir Putin oktyabrın 10-da Türkiyəyə gedəcək. Onun türkiyəli həmkarı Recep Tayyip Erdoğan-la görüşü, Enerji Forumunda çıxışı nəzərdə tutulub. Forum oktyabrın 9-dan 13-ə qədər davam edəcək.
Rusiya prezidentinin köməkçisi Yury Ushakov Putin-in Türkiyəyə Erdoğan-la danışıqlar üçün getdiyini bildirib.
Türkiyəylə Rusiyanın münasibətləri bir az əvvəl xeyli gərilmişdi. Türkiyə Suriya ilə sərhəddə Rusiyaya məxsus təyyarəni vurandan sonra 7 ay ərzində tərəflər bir-birinə qarşı sərt çıxışlar edirdilər. Amma Türkiyədə çevriliş cəhdindən bir qədər sonra ölkələr yaxınlaşmağa başladılar. Sentyabrda Rusiya ilə Türkiyənin müdafiə nazirliyi rəsmiləri hərbi əməkdaşlıq barədə razılığa gəliblər.