Oktyabrın 5-i Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, Abşeronda gecə 13-16, gündüz 21-26, Bakıda gecə 14-16, gündüz 23-25 dərəcə isti olacaq.
Ölkənin rayonlarında da yağıntı gözlənilmir. Gecə 11-16, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz 16-21 dərəcə isti təxmin edilir.