Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Sentyabr, çərşənbə, Bakı vaxtı 19:27

Thomas Mann: 'Əgər alman ziyalıları hamılıqla faşizm biabırçılığına qarşı çıxsaydı'


German writer Thomas Mann.

"Əgər alman ziyalıları və dünya miqyasında adları tanınan alman həkimlər, pedaqoqlar, yazıçılar, rəssamlar hamılıqla bu biabırçılığa qarşı çıxış etsəydilər, əgər ümümmilli tətil elan etsəydilər, hər şey baş verənlərdən fərqli olardı".

Ədəbiyyat üzrə Nobel mükafatı laureati Thomas Mann 1933-cü ildə nasist Almaniyasından mühacirət edib.

Bu məktub İkinci Dünya müharibəsi bitdikdən sonra, mühacirətdən ölkəsinə qayıtmaq üçün ona ünvanlanmış çoxsaylı müraciətlərə yazıçının cavabdır.

Yazıçı Walter von Molo-ya. 7 sentyabr 1945-ci il.

Əziz cənab von Molo!

Mən Sizi ad günüm münasibətilə xoş təbrikinizə, əlavə olaraq mənə ünvanlanmış, alman və hissə-hissə amerikan mətbuatında dərc edilən açıq məktuba görə təşəkkür etməliyəm.

Orada şəxsi məktublardan fərqli şəkildə, daha istəkli və tələbkar formada, bir məsuliyyət olaraq məndən istənilir ki “Fəaliyyətim və məsləhətimə ehtiyac olduğu üçün” yenidən Almaniyaya qayıdım və orada məskunlaşım.

Bu çağırışla mənə müraciət edən tək Siz deyilsiniz. Mənə məlumat veriblər ki, rusların nəzarəti altında olan Berlin radiosu, həmçinin hətta Almaniyanın birləşmiş demokratik partiyaları lazımi xüsusi bir motivasiya olaraq “Almaniyada tarixi missiyamı yerinə yetirmək” üçün qayıtmaqla bağlı müraciətləri olub.

Görünən odur ki, mən sevinməliyəm, çünki yenə Almaniyaya tək kitablarımla yox, həm də bir insan, bir şəxs olaraq lazımam. Amma bu müraciətlər həm də məni narahat və məyus edir. Mən burada bir məntiqsizlik, tələsiklik, hətta ədalətsizlək görürəm. Siz hörmətli cənab von Molo gözəl bilirsiz ki, bu gün Almaniyada “məsləhət və əməl” nə qədər qiymətlidir, özü də bizim bu bədbəxt xalqımızın özünü çıxılmaz vəziyyətə saldığı bir zamanda artıq bir qoca adam kimi, qarmaqarışıq zaman mənim ürək əzələlərimin sıradan çıxarmış halda, birbaşa, şəxsi, fiziki olaraq çətin ki, ruh düşkünküyünə düşən insanlara kömək edə bilim.

Ancaq bu da önəmli deyil. Mənə bu cür çağırışlarla müraciət edənlər, geri dönüşümə mane olan texniki, hüquqi və psixoloji çətinliklər haqda düşünmürlər.

Axı necə mümkündür ki, bu 12 ili və onun nəticələrini hesabdan siləsən və elə görsənəsən ki, sanki bunlar heç olmayıb?

Buna da bax: Yazıçının körpü açılışında nə işi var? - Avstriya yazıçısı

1933-cü ildə vərdiş etdiyim həyat tərzimi, evimi, ölkəmi, kitablarımı, xatirə dolu yerləri, mülkümü itirməyim, vətənimdən məhrum edilməyim və imtina olunmağım, şəxsimə qarşı utanverici bir kampaniya kimi inanılmaz bir zərbə oldu.

Yazıçı Thomas Mann fizik Albert Einsteinlə birgə, 1932-ci il.
Yazıçı Thomas Mann fizik Albert Einsteinlə birgə, 1932-ci il.

Heç vaxt Vagnerlə bağı yazdığım məqaləyə görə Münhendə radio və mətbuatda qaldırılan savadsız və qərəzli ha-küyü unutmayacam. Və o qarayaxmadan sonra tam gerçəkliyi ilə anladım ki, mənim geriyə yolum yoxdur. Və bizlərdən gedən dostlarımdan biri Rene Schickele duyğusal adlandırdığı “gecədən məktublar” dan olan ürəkdolusu monoloqlar, əzabla axtarılan cümlələrlə cavab vermək, yazmaq və izah etmək əbəs idi.

Sonra isə, bir ölkədən digərinə sərsəri sürünmək, pasportla bağlı çətinliklər, çemodanlarla həyat yaşamaq çox ağır idi, bir yandan da orda, hər yerdə məhv olmuş, vəhşiləşmiş və artıq özgə olan vətənim haqqımda utanverici xəbərlər gəlirdi. Bütün bunları sizin heç biriniz Goebbelsin rəhbərliyindəki mədəniyyət zəmisində çalışanlar “xeyir-dualar yağdırdığınız rəhbərə” sadiqliyinizə and içənlər (bax budur sərxoş təhsil-dəhşət, dəhşət!”) yaşamamısınız!

Mən sizlərin sonradan özümün qurtula bildiyim daha da pis günləri gördüyünüzü də unutmuram, amma köklərdən qopmaq, daim əsəb gərginliyi içində yaşamaq sizə yaddır. Bəzən sizin varlığınızdan əsəbləşirdim, çünki yazıçı həmrəyliyinizi görə bilmirdim.

Əgər alman ziyalıları və dünya miqyasında adları tanınan alman həkimlər, pedaqoqlar, yazıçılar, rəssamlar hamılıqla bu biabırçılığa qarşı çıxış etsəydilər, əgər ümümmilli tətil elan etsəydilər, hər şey baş verənlərdən fərqli olardı.

Təsadüfən yəhudi kimliyi olanlardan başqa hər kəs, bir sual qarşısında qalırdı: “Nəyə görə də yox? Axı digərləri əməkdaşlıq edir. Bu ki, o qədər də qorxulu deyil”.

Təkrar edirəm hərdən mən qəzəblənirdim. Amma heç vaxt sizlərə orada qalanlara qibtə etmirdim, hətta sizlərin ən böyük 'təntənələrinizdə' belə. Çox yaxşı bilirdim ki, bu toy-bayram sadəcə qanlı bir köpükdü və bir az sonra ondan heç nə qalmayacaq.

Mən təkcə Herman Hesse-yə qibtə edirdim, yalnız onun varlığıyla ilk həftələr və aylar dəstək və rahatlıq tapırdım. Qibtə edirdim, çünki o əvvəldən azad idi, vaxtında kənara çəkilərək tam dəqigliyi ilə: “ Almanlar- böyük və önəmli xalqdır, kim bunu inkar edər ki? Bəlkə də torpağın duzudurlar. Amma siyasi bir qüvvə kimi dözülməzdilər. Ona görə mən birdəfəlik onlarla bağlarımı kəsirəm. "Və əminamanlığın hökm sürdüyü Montonyoldakı evində ağlını itirmiş qonaqları ilə “boçça” oynayırdı.

O zaman işlər çox yavaş qaydaya düşürdü. İlk daldanacağım öncə Fransa, sonra İsveçrə də tapıldı, narahatlılığı nisbətən sakitlik və oturaqlılıq əvəz etdi, sanki birdəfəlik unudulmuş, puç edilmiş işlərim yenidən bərpa oldu

İsveçrə ənənəvi olaraq qonaqpərvərdi, amma özünün güclü və təhlükəli qonşusundan qorumalı, həmçinin mənəvi bitərəfliyini saxlamalıydı və təbii ki,öz ölkəsinin hökuməti ilə çox pis münasibətlərdə olan sənədsiz qonağına görə bir qədər narahatçıq və həyəcan keçirirdi, məndən “anlayış" istəyirdi.

Sonra Amerikan universitetindən dəvət gəldi və birdən o nəhəng, azad ölkədə, anlayışla bağlı bütün söhbətlər bitdi və ətrafda ancaq səmimi, qorxudan uzaq, deklarativ xoşgörülük, şən, azad, çoşqulu bir abu-hava vardı və mən riqqətə gəlib “Thank you, Mr.Hitler!” dedim. Hörmətli cənab von Molo, mən bir çox səbəblərdən bu ölkəyə öz minnətdarlığımı bildirməliyəm.

Buna da bax: Almaniya höküməti Thomas Mannın Los-Angelesdəki evini sökülməyə qoymadı

Thomas Mann ABŞ radiosunda faşizmdən danışır.
Thomas Mann ABŞ radiosunda faşizmdən danışır.

İndi mən amerikan təəbəsiyəm və Almaniyanın məğlubiyyətindən hələ çox qabaq şəxsi və ictimai söhbətlərimdə bəyan etmişdim ki, Amerikanı tərk etmək fikrində deyiləm. Uşaqlarımın ikisi Amerika ordusunda xidmət edirlər, bu ölkəyə öyrəşiblər, nəvələrim böyüməkdədir və ingilis dilində danışırlar.

Elə özüm də, artıq bu torpaqda möhkəm təməl atmış mənə 'honorary dress' vermiş olan Vaşinqton və Ştatların qabaqcıl universitetləri ilə bağlı olaraq, fəxri əlaqələrimlə, bu gözəl əsrarəngiz sahildə, hər şeyin gələcəklə nəfəs aldığı torpaqlarda, özümə ev tikmişəm və istərdim ki, öz həyatımın zəhmətini bu bolluq, idrak və möhtəşəmlik mühitində sona gətirim.

Açıq söyləyim, mən qəribə bir lotoreyanın mənə bəxş etdiyi imkanlardan imtina etməyin səbəblərini görmürəm, indiyə qədər onun çox əziyyətlərini çəkmişəm. Ona görə görmürəm ki, alman xalqına nə ilə qulluq edə biləcəyimi müəyyən edə və Kaliforniyada yaşayan biri olaraq əlimdən nələr gələcəyini bilmirəm.

Almaniyanın başına gələnlər necə gəlibsə, mənim əl işim deyil. Əsla yox! Bu kifayət qədər yaxşı bir xalq olan alman xarakterinin, olduqca maraqlı faciəvi taleyinin nəticəsidir. Onun xətrinə çox şeyə dözüb tab gətirmişik. Ancaq nəticələrlə hesablaşmaq lazımdır və hər şeyi banal sonluqla yəni “Qayıt, mən hər şeyi bagışlayaram!”la bitirmək olmaz.

Tanrı məni özündənrazılıqdan qorusun! Biz ölkədən kənarda özümüzü xeyirxah kimi göstərib, Hitlerə könlümüzdən keçənləri deyə bilirdik. İndi heç kimin bostanına daş atmaq istəmirəm. Sadəcə balaca uşaq kimi qorxub özümə qısılıram. Bütün bu illər ərzində Almaniya mənə artıq yadlaşdı, razı olun ki, bu ölkə təhlükələrlə doludur. Gizlətmirəm, mən Almaniyadakı daş və insan xarabalarıqlarından qorxuram. Ona görə qorxuram ki, ifritələrin kef məclisini qürbətdən seyr etmişəm, sizlər şeytanın tütəyinə rəqs edənlərlə bir-birimizi başa düşməyimiz o qədər də asan olmayacaq. Mən uzun müddət qəlblərində gizli saxlanılan və indi Almaniyadan gələn məktublara biganə qala bilmərəmmi? Bu mənim üçün həqiqətən ürəyimin sevindirici fərəhidi. Amma mənim bu sevincimi əksildən bir düşüncə də var. Əgər Hitler qalib gəlsə idi, onların heç biri yazılmaya da bilərdi. Kəsilmiş münasibətlərdən sonra, o məktublarda bütün səmimiliyinə rəğmən hardasa bir hissiyatsızlıq da sezilməkdədi, sanki bu 12 il heç olmayıb.

Thomas Mann Almaniyaya qayıdıb və oxucuları üçün kitablarını imzalayır, 1949.
Thomas Mann Almaniyaya qayıdıb və oxucuları üçün kitablarını imzalayır, 1949.

İndi hərdən kitablar da gəlir. Etiraf edim ki, onları görmək mənə o qədər də xoş deyildi və onları özümdən uzaq etməyə can atıram. Bu bəlkə də bir mövhumatdı, ancaq məndə belə bir hiss var ki, 1933-45-ci illərdə dərc olunan kitablar bir qara qəpiyə də dəymir. Yaxşısı budur ki, onlara heç əl vurmayasan Onlarda olan biabırçılığın qoxusu və qanı ayrılmazdı, hamısını külliyatı ilə bir yerdə makulatura kimi məhv edəsən.

Almaniyada “mədəniyyətlə” məşğul olmaq mümkünsüz idi, çünki ətrafda nələrin baş verdiyindən biz hamımız görürdük. Bu tənəzzülü, düşkünküyü rəngləyərək, cinayəti bəzəmək demək idi.

Dözdüyümüz əzablardan biri də alman incəsənətinin, alman ruhunun vəhşiliyə yuvarlanmasına tamaşa etmək, sizinsə bu çirkinliyə yardımçı olmanız idi. Çünki daha fəxr ediləsi işlər var idi, Hitler Bayreyti üçün vaqnersayağı dekorasiyalar yazmaq kimi, sanki bunu heç kim xatırlamır. Goebbelsin göndərişləriylə Macarısatana və ya başqa alman-avropa ölkəsinə gedərək ağıllı məruzələrlə mədəni təbliğat apararaq Üçüncü Reyxin xeyrinə ağıllı çıxış etmək, deməzdim ki bu sadəcə ikrah doğururdu, ancaq onu deməliyəm ki, bunu anlamıram və həmin adamları yenidən görmək mənim üçün dəhşətdi!

Hitler tərəfindən Sürixdə, Parisdə, Budapeştdə Bethoveni ifa etmək üçün göndərilən dirijorun “Mən sadəcə musiqiçiyəm və musiqidən başqa heç nə ilə məşğul olmuram” deyərək yaxasını kənara çəkməsi də həyasızcasına deyilmiş yalan idi. Maraqlıdır, nə yaxşı bu on iki ildə Bethovenin alman azadlığının bayram edilməsi üçün yazılmış “Fidelio” operası qadağan edilmədi? Onun qadağan etməyib, hələ bir peşəkar müğənnilər tapıb onu oxudaraq, musiqiçilər tapıb ifa etdirərək publikanın “Fidelio”dan zövq alması əsl biabırçılıqdır. Himmler Almaniyasında “Fidelio” dinləyib rüsvayçılıqdan əlinlə üzünü tutmamaq üçün nə qədər gönüqalın olmaq lazımmış.

Bəli, indi “amerikan sergeants və lieutenants” vasitəçiliyi ilə indi qərib və uğursuz vətəndən çoxlu məktublar gəlir, özü də tək tanınmış adamlardan yox, sadə və gənc insanlardan da və qəribəsi odur ki, gənclər mənim vətənə qayıtmamı heç cür məsləhət görmür.“Hardasısza orada da qalın!” “Bundan sonrakı həyatınzı yeni və xoşbəxt vətətninizdə yaşayın. Bura çox qaramatdır” sadəcə bunu deyirlər. Təkcə qaramatmı? Təki elə dərdimiz bu olaydı, axı hələ uzun müddət qaçılmaz olan düşmənçilik və qəzəbi də əlavə etməliyik. Bu yaxınlarda bir amerikalı mənə qənimət kimi 1937-ci il mart ayında (Hanza nəşriyyatı, Hamburq) nəşr edilmiş köhnə alman jurnalı “Folk im Verden”i gətirdi. Jurnal hörmətli nasist professoru, fəxri doktorun redaktəsi ilə çıxmışdı. Düzdür onunsoyadı Krig (krig almanca müharibə anlamına gəlir - red) deyildi sonluğu iki kk ilə bitən Krikk idi. Bu oxuduqca insanın tüklərini biz-biz edən qorxunc bir şey idi. Və mən öz-özümə deyirdimki, 12 il boyu zorla qanına bu qədər zəhər yeridilmiş insanların arasında yaşamaq dəhşət olar. “Şübhəsiz ki, orada yaşlı və gənclər arasında etibarlı dostlarım olub, lakin məğlub edilmiş gizli qalan düşmənlərin də var, onlar hamıdan təhlükəli və şərlə doludurlar” – deyə öz içimdə təkrarlayırdım...

Əziz cənab von Molo, amma bu yalnız işin bir tərəfidir, o birisinin də öz haqqı var - söz haqqı. Almaniyadan aldığım birbaşa və hətta ötəki bir xəbərin həyəcanı və marağıdır. O böyük maraq bütün vacib dünya xəbərlərini gözümdə adiləşdirir. İndi həyatımn şəxsi yenidən qurmaqla məşğul olsam da Almaniyanın taleyinə biganə qala bilmirəm.Və bu hər gün bir daha göstərir ki, məni vətəndaşlıqdan məhrum edən vətənimlə qırılmaz tellərlə bağlıyam. Amerikalı və dünya vətəndaşı olmaq əladı. Köklərimin Almaniyaya bağlı olması həqiqətindən heç cür üz döndərə bilmərəm. Başqa xalqların yaratdığı məhsullara da baxıb zövq alan birisi olmama baxmayaraq yenə də alman ənənəsi ilə yaradıram və zaman yaradıcılığımın sönüb getməkdə olan, hətta yarıparodiyaya çevrilmiş böyük alman mədəniyyətindən başqa heç nəyə aid deyil.

Buna da bax: Yazmaq işgəncəsi. Məşhur yazarlardan sitatlar

Heç vaxt özümü alman yazıçı kimi hiss etməkdən vaz keçməyəcəm, hətta kitablarımın yalnız ingilis dilində çap olunduğu illərdə belə doğma dilimə sadiq qalmışam. Bunun səbəbi təkcə yeni dilə və mədəniyyətə yiyələnmək üçün çox yaşlı olmağım deyil, həm də mənim yaradıcılığımın alman mədəniyyətində kiçik də olsa yer tutmasıdır. Almaniyanın ən ağır günlərində yazdığım sizə də bir neçə nüsxə göndərdiyim Goethe haqqında romanımı heç cürə yadırğama və yadlaşma kimi qəbul etmək olmaz. “Mən rahat keçirdiyim saatlarıma görə utanıram, utanıram ki, sizlərlə birgə əzab çəkmədim” sözlərindən imtina etmirəm. Almaniya mənə heç vaxt rahatlıq verməyib. Mən sizlərlə birgə əzab çəkirdim və bu boğazdan yuxarı deyilmiş söz deyil. Mən Bonna yazdığım məktubda əzab və həyəcandan danışanda, dörd il ərzində mənə bir saat belə rahatlıq verməyən mənəvi əzaba tab gətirməliydim ki, yaradıcılıq işimi davam etdirə bilim. Bəzən heç buna da etmirdim. Almaniyaya ünvanladığım indilərdə İsveçdə çap olunan yüzlərlə radiomüraciətlər də, (bəlkə də çox), bu və ya digər işlərin mənim üçün sənətdən də vacib olduğuna sübutudur.

Bir neçə həftə bundan öncə Vaşinqtonda Library of Congress “Germany and Germans” mövzusunda məruzə ilə çıxış edirdim. Məruzəmi almanca yazmışdım və 1945 ci ilin iyun ayında yenidən bərpa edilən “Neue Rundschau” jurnalının yaxın nömrələrində dərc olunacaq. Bu təhsilli amerikan ictimaiyyətinə Almaniyada baş verənləri psixoloji cəhətdən aydınlaşdırmaq üçün bir cəhd idi. Və mən bu dəhşətli müharibənin sona yetməsindən keçən az bir müddət ərzində amerikan dinləyicisinin nitqlərimə çox sakit tərzdə qulaq asmasına qibtə edirdim. Əlbəttə, büdrəməmək, bir tərəfdən başqa bir tərəfə küçib müdafiyəyə yuvarlanmamaq da mənə asan deyildi, ancaq dediklərimdən imtina etmək də şəxsimə heç yaraşmazdı. Müəyyən səviyyədə buna nail ola bildim. Mən qısaca alman “daxili həyatının” tarixini danışdım. İki Almaniya, Xeyirxah və Şər Almaniyası haqda olan nəzəriyyəni rədd etdim. Bəyan etdim ki Şər Almaniyası səhv yolda olan xeyirxahdı, cinayətlərə və qətllərə can atan əslində xeyirxah Almaniyadır. Amma mən Almaniyanı burada dünyaya xeyirxah ədalətli ağappaq paltarda tanıtmaq üçün gəlməmişəm. Dinləyicilərimə, Almaniya haqda bildiklərimi ehtirassız, soyuq məntiqlə danışdım.

Məgərə dünya tarixi bitibmi? O əməlli-başlı enerjili bir güclə irəliləyir, alman tarixi isə ona bağlıdır. Doğrudur, güc siyasəti böyük kobudluqla bizi əsrarəngiz gözləntilərimizdən ayırır, ümüdümüzsə tükənməyib, bizi XIX əsr özünütəcridindən xilas edəcək vəziyyətə doğru addımlar atılacaq. Dünya iqtisadi sistemi, siyasi sərhədlərin rolunun zəifləməsi, məlum dövlət həyatının siyasizləşməsi, insan şüurunda praktik birliyinin oyanması, dünya dövlətinin ilk işartıları və burjua demokratiyası çərçivəsindən kənara çıxan, uğrunda böyük mübarizə getmiş sosial humanizm alman ruhuna yad ola bilərmi? Axı onun dünya qarşısında olan qorxusu, həm də dünyaya çıxmaq istəyindən doğur, bəlkə də Almaniyanı qəzəbləndirən tənhalığın içində sevgi istəyi və sevgisinin qarşılığı imiş.

Almaniya canından nifrəti və təkəbbürü çıxaran kimi onu sevməyə başlayacaqlar. Nə olursa olsun, o böyük imkanlar ölkəsi olaraq qalacaq, o öz insanlarının zəhmətsevərliyinə və dünyanın köməyinə arxalana bilər. Hər şey geridə qalanda onu yeni fəxr dolu həyat və böyük dəyişikliklər gözləyir.

Cavabımdakı uzunçuluğa görə əhv diləyirəm cənab von Molo. Bağışlayın! Almaniyaya yazdığım məktubda qəlbimdən keçən çox mətləbin üstünü açmaq istədim. Və bir də Amerikanın böyük zərifliyinə baxmayaraq, köhnə qitə adlanan torpağı ayaqlarımda hiss etmək arzusu, günlərimdə və gecələrimdə qəlbimi ziyarət edir. Və o məqam gələndə əgər sağ olsam və hörmətli hakimiyyət mənə nəqliyyat imkanları yaratsa ora gələcəyəm. Hissiyyatım belə deyir ki, mən ora gəlib çatanda bu 12 ilin məhsulu olan qorxu və qəribçilik, o min illik keçmişin xatirələri ilə sehrlənmiş cazibə qarşısında aciz qalacaq. Əgər Tanrı buna izn versə.

Beləliklə xudahafiz Tomas Mann

Günün bütün mövzuları

XS
SM
MD
LG