Oktyabrın 2-də Bakının Binəqədi rayonunda yağış sularının fərdi yaşayış evlərinin həyətinə yığılması nəticəsində 3 nəfər evdə köməksiz vəziyyətdə qalıb. Onlardan biri uşaq olub.
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri onları ərazidən çıxarıb.
Əməliyyat saat 10:39-da başa çatıb.