Sentyabrın 30-dan Meksikada aktivləşən Colima vulkanının ətrafındakı yaşayış yerləri boşaldılıb. Vulkan hələ də aktiv vəziyyətdədir.
Rəsmilər yanardağın ətəklərindəki kəndlərdə yaşayan təxminən 350 nəfərin təhlükəsiz ərazilərə yerləşdirildiyini bildirib.
Meksikada 3 mindən artıq vulkan var. Onlardan 14-ü aktivdir.
“Alov Vulkanı” da adlandırılan Colima vulkanının hündürlüyü 3 min 800 metrdir.