Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:48

Suriyada döyüşməkdə günahlandırılana 14 il həbs


Azərbaycanlıların Suriyada gedən döyüşlərə qatılmasının səbəbi nədir?
Gözlə

No media source currently available

0:00 0:04:33 0:00

Azərbaycanlıların Suriyada gedən döyüşlərə qatılmasının səbəbi nədir?

Sentyabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşməkdə təqsirləndirilən Zöhrab Məmmədova prokuror iş istəyib.

«Report»un xəbərinə görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısının çıxışı dinlənib.

Prokuror təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 279-cu maddəsində nəzərdə tutulan silahlı birləşmələr və ya qrupları yaratmada təqsirli bilib. Habelə onun 283-cü maddədə təsbit olunan milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması cinayətlərini törətdiyini bildirib. O, Z.Məmmədovun 14 il azadlıqdan məhrum edilməsini istəyib.

Proses oktyabrın 5-də davam etdiriləcək.

Z.Məmmədovu bu ilin əvvəlində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları saxlayıb.

Onunla birgə həmçinin, Orxan Adiyev, İbad Muxtarov, Məhəbbət Abdullayev, Rasim Bədəlov, İlahi Əzizov, Zərbəli Abdullazadə və Vladimir Marfin də həbs edilmişdi.

O zaman DTX-nın açıqlamasında qeyd edilirdi ki, saxlanan bu şəxslər 2012-2015-ci illər ərzində qeyri-qanuni yollarla Suriya və İraq ərazisinə keçiblər. Saxlanılanların həmin ölkələrdə fəaliyyət göstərən terror təşkilatlarının tərkibində radikal dini, hərbi təlimlər keçdiyi deyilirdi.

Buna da bax-'Arvadım İŞİD-ə qoşulub'

"Arvadım İŞİD-ə qoşulub"
Gözlə

No media source currently available

0:00 0:11:16 0:00

Üstəlik onların müxtəlif növ odlu silahlardan istifadə təcrübəsinə yiyələndiyi, Suriyada, İraqda terrorçu və digər qanunsuz silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak etdiyi qeyd olunurdu.

ZÖHRAB MƏMMƏDOV İTTİHAMLARI QƏBUL ETMİR

Ancaq Zöhrab Məmmədov məhkəmə prosesində ona elan olunmuş ittihamlarla özünü təqsirli bilməyib. O, ifadəsində Suriyaya orada yaşayan türkmanların müdafiəsi məqsədilə getdiyini deyib. Heç bir silahlı birləşmənin tərkibində döyüşmədiyini, əlinə silah almadığını bildirib. O, ifadəsində qeyd edib ki, Suriya ərazisinə çatan kimi mühasirəyə alınıb, göz, bədən, ayaq nahiyələrindən güllə yarası alıb: «Heç vaxt «Cəbhat ən-Nusra»nın tərkibində döyüşməmişəm, amma türkmanlardan ibarət Azad Suriya Ordusunda olmuşam. Hərbi əməliyyatlarda iştirak etməmişəm. Avtobusla Sfera qəsəbəsinə gedərkən mühasirəyə düşmüşəm, ağır bədən xəsarətləri almışam. Bu hadisədən 12 gün sonra komadan ayılanda, xəstəxanasında olduğumu görmüşəm».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG