Keçid linkləri

2017, 25 İyul, çərşənbə axşamı, Bakı vaxtı 21:10

Avropa Məhkəməsində Azərbaycanı kim təmsil edəcək?


Avropa Məhkəməsi

Avropa İnsan Haqları Məhkəməsinə (AHİM) Hakimlərin Seçilməsi Komitəsinin iclasında Azərbaycandan təqdim oluna 3 hakimin namizədliyinə baxılacaq.

APA-nın xəbərinə görə, bu məsələyə sentyabrın 29-u və 30-da Parisdə keçiriləcək iclasda baxılacağı gözlənilir.

AŞPA-ya təqdim edilən şəxslərin Bakı Apellyasiya Məhkəməsinin hakimi Kəmalə Abıyeva, Milli Məclisin şöbə müdiri Lətif Hüseynov və Konstitusiya Məhkəməsinin üzvü Rövşən İsmayılovun olduğu bildirilir.

Bundan əvvəl iki dəfə AŞPA Azərbaycandan göndərilən namizədlərin siyahısını geri qaytarıb.

Hazırda Azərbaycanın AİHM-dəki hakimi Xanlar Hacıyevdir. Onun müddəti ötən il başa çatıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG