Keçid linkləri

2025, 18 Mart, çərşənbə axşamı, Bakı vaxtı 16:58

Brad Pittin uşaqları ilə sərt davranması araşdırılır


Brad Pitt
Brad Pitt

Los Ancelesin uşaq və ailə məsələləri üzrə departamenti aktyor Brad Pittin uşaqları ilə sərt davranmasını araşdırır.

Bu barədə “ABC News” agentliyi məlumat yayıb.

Amma polis departamentinin rəsmisi şöbədə belə bir işə baxılmadığını bildirib.

Pittə yaxın mənbələrdən “ABC News”ə verilən məlumata görə, aktyor ittihama çox ciddi yanaşır və istintaqla əməkdaşlıq edir.

Amma onlar iddiaların çoxunun şişirdildiyini və ya qondarma olduğunu deyirlər.

Qeyd edək ki, bu aktyorun həyat yoldaşı Angelina Jolienin bu günlərdə boşanma ərizəsi verməsindən sonraya təsadüf edir.

Həmin vaxt mətbuatda gedən məlumatlarda buna səbəb kimi, Jolienin ərinin uşaqları tərbiyyə sulundan narazı qalması göstərilmişdi.

41 yaşlı Jolie ilə 52 yaşlı Pittin 6 uşağı var. Onlardan 3-ü övladlığa götürülüb. Bunlardan biri efiop, biri kambocalı, digəri isə vyetnamlıdır.

Qalan 3 uşaq isə öz övladlarıdır.

Jolie-Pitt cütlüyü Hollivudun ən məşhur və həsəd aparılan ailələrindən biridir.

Brad Pitt aktyor kimi 2 dəfə Oskar mükafatına namizəd olub.

Pitt “12 il köləlikdə” filminin prodüseri kimi Oskar mükafatı alıb.

XS
SM
MD
LG