Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Sentyabr, bazar, Bakı vaxtı 18:46

'Akkord-Beton' rəhbərinin ölkədən çıxışına qadağa


Vergilər Nazirliyi

«Akkord Beton» MMC-nin rəhbəri Uğur Babayevin ölkədən getmə hüququ məhdudlaşdırılıb. Bu barədə Vergilər Nazirliyinin açıqladığı məlumatda qeyd edilir.

Məlumatda bildirilir ki, «Akkord Beton» MMC vergi borcu olan ödəyicilərin siyahısında yer alıb. Bu səbəbdən hüquqi şəxsin icra orqanının rəhbəri kimi U.Babayevin ölkədən getmə hüququ məhdudlaşdırılıb.

Ancaq onun vergi borcunun məbləği açıqlanmayıb. Məsələyə, hələlik, U.Babayevin özünün münasibətini almaq mümkün olmayıb.

«Akkord Beton» MMC «Akkord» korporasiyasının törəmə müəssisəsidir.

Bütünlükdə isə siyahıda 486 müəssisə rəhbərinin adı yer alır.

Multimedia

XS
SM
MD
LG