Azərbaycan Mərkəzi Bankı (AMB) manatın sentyabrın 21-nə olan rəsmi məzənnəsini açıqlayıb.
Həmin məzənnəyə görə, sentyabrın 21-də bir dollar 1,6331 manata bərabər olacaq.
Sentyabrın 20-də bir dollar 1,6370 manat olmuşdu.
Son bir həftədə manat dollara nisbətən cüzi dəyər qazanıb. Halbuki, axır 3 ayda manat tədricən dəyər itirmişdi. Son valyuta hərraclarına daha çox dollar çıxarılır.