Keçid linkləri

2025, 16 Mart, bazar, Bakı vaxtı 00:40

Şəkidə müavinətlərin necə verildiyini prokurorluq araşdıracaq


Baş Prokurorluq
Baş Prokurorluq

Hesablama Palatasının Kollegiyası Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsi ilə bağlı aparılan yoxlama materiallarının Baş Prokurorluğa göndərilməsi qərarını verib.

Bu barədə Palatanın rəsmi saytı sentyabrın 20-də məlumat yayıb.

Buna səbəb kimi əmək pensiyalarının, müavinətlərin təyin olunması və ödənilməsi zamanı ciddi maliyyə pozuntularına yol verildiyi göstərilir. Eyni zamanda, Şəki şəhər İcra Hakimiyyəti başçısının Şəki kəndindəki nümayəndəliyinə aid materiallar da prokurorluğa göndərilib. Buna isə səbəb nümayəndəlikdə vəzifə səlahiyyətlərindən sui-istifadəyə yol verildiyi göstərilir.

Məsələyə, hələlik, Dövlət Sosial Müdafiə Fondunun Şəki şöbəsinin və nümayəndəliyin münasibətini öyrənmək mümkün olmayıb.

XS
SM
MD
LG