ABŞ-da ən azı 858 immiqranta səhvən vətəndaşlıq verilib. Bu immiqrantların çoxu haqda ölkədən çıxarılma qərarı var imiş.Onların ya kriminal keçmişləri olub və ya cinayət törədiblər.
Bunu Associated Press agentliyi xəbər verir.
Bu səhvi üzə çıxardan isə daxili təhlükəsizlik auditi , yəni yoxlaması olub. Ölkənin Təhlükəsizliyi Departamentinin baş müfəttişi miqrantların müxtəlif adlarla və müxtəlif doğum tarixləri ilə ABŞ vətəndaşlığı almağa müraciət etməsini aşkar edib. Bu isə ona görə mümkün olub ki,onların barmaq izləri hökumətin kompüter bazasında olmayıb.
Baş müfəttiş John Rothun hesabatına görə, məlum olub ki, ölkədən çıxarılan və ya cinayət etmiş 315 min immiqrantın barmaq izləri kompüterdə yoxdur.
Agentlik hesab edir ki, kriminallara səhvən vətəndaşlıq verilməsinin ciddi nəticələri ola bilər. Çünki vətəndaşlıq alan şəxs təhlükəsizliyi həssas olan yerlərdə işə düzələ bilər.