Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:27

Atəşkəslə bağlı 19 sentyabr açıqlaması


Qarabağda erməni əsgər
Qarabağda erməni əsgər

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 8 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan rayonundan Qazax rayonunun Bala Cəfərli kəndi atəşə tutulub.

Bundan başqa, Berd rayonundan Azərbaycan ordusunun Tovuz rayonundakı mövqelərinin vurulduğu açıqlanıb.

Nazirliyin bildirməsinə görə, işğal altında olan Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında və Goranboy rayonu istiqamətində də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri hədəf seçilib.

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

XS
SM
MD
LG