Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 12:02
Müsavat-ın mitinqi
Müsavat-ın mitinqi

Müsavatın mitinqi: 'Hakimiyyət öz vətəndaşları ilə mübarizə aparır'

Müsavat partiyası referendum əleyhinə mitinq keçirib

"Təhsil, sağlamlıq hüququ pozulur"

“Mitinqlə bağlı təbliğat aparmaq lazm gələndə hakimiyyət deyir ki, Qərbin sifarişini həyata keçirirsiz. Ancaq Azərbaycan hakmiyyəti hakimiyyətdə qalması ilə lazım olanda üzünü Qərbə tutur. Milyonlar bir ailənin maraqlarına uyğun olaraq Qərbə yatırılır”.

Hüquqşünas Osman Kazimli çıxışında bildirib ki, ölkə vətəndaşlarının təhsl, sağlamlıq hüququ pozulur. Məhkəmə, prokurorluq, polsi sistemi bərbad vəziyyətdədir.

Hüquqşünasın çıxışı zamanı mitinqçilər bir neçə dəfə “İstefa” şüarları səslənib: “Referendum keçirməklə İlham Əliyev hakimiyyəti bir əldə cəmləşdirmək istəyir".

Neftdən gələn pullar hara getdi?-Bir hissəsi mediaya!

Hakimiyyət neftdən qazandığı məbləğin bir hissəsini yalan tirajladığı mediayla bizə qarşı müqavimətin söndürülmədinə sərf edirb. İndi hakimiyyət nümayəndələri referendumu əsaslandırmaq üçün 14 yaşlı Şah İsmayıldan nümunə gətirirlər. Ya onların bu referendunu nə məqsədli keçirmələri haqda məlumatları yoxdur, ya da əsaslandırmağa çətinlik çəkirlər.

Bunu mitinqdə Müsavat başqanının müavini Yadigar Sadıqlı deyib.

Yadigar Sadıqlı bildirib ki, referenduma edilən dəyişikliklər xalqın hüquqlarını tapdalamaqdan başqa bir şey deyil.

Mitinqə gələnləri polis saxlayıb

Mitinqdə elan olunub ki, mitinqə gəlmək istəyən Müsavat Partiyasının rayon təşkilatlarının bir çox fəallarını polsi saxlayıb. Saxlananlar arasında Salyan, Neftçala, Tərtər rayon təşkilatlarının fəalları var.

Hələlik bu məlumatı hüquq-mühafizə orqanlarından dəqiqləşdirmək mümkün olmayıb.

"Xalqın həyat səviyyəsi bankların kredit girovuna çevrilib"

“Biz gələcəyi hədəf seçməliyik. Bu gün xalqın həyat səviyyəsi həddindən artıq aşağıdır hakimiyyətin banklarının kredit girovlarına çevrilib. Yüzlərlə insan azad söz söylədiyi üçün həbslərə atılır, repressiyalara məruz qalırlar. Böhrandan çıxış yolunun tapılması real görünmür. Çünki bunu səbəbkarı elə bu rejimdir, İlham Əliyevdir”.

Bunu sentyabrın 18-də Müsavat Partiyasının mitinqində partiyanın lideri İsa Qəmbər deyib.

İsa Qəmbər bildirib ki, Fərəc Kərimlini də, Seymur Həzini də, nidaçları da, möminləri də Əliey rejimi həbsə atıb.

İsa Qəmbər sentyabrın 26-da keçiriləcək referendumu biabrçı adlandırıb: “Bu, biabrıçı referendumdur. Bu yolla ailə rejiminin möhkəmləndirmək istəyirlər” .

Davamı

XS
SM
MD
LG