Keçid linkləri

2025, 24 Mart, Bazar ertəsi, Bakı vaxtı 03:08

Nyu Yorkda partlayış olub, 29 nəfər yaralanıb


ABŞ-ın Nyu-York şəhərinin Manhattan ərazisində partlayış olub, 29 nəfər yaralanıb. 17.09.2016. AFP PHOTO / William EDWARDS
ABŞ-ın Nyu-York şəhərinin Manhattan ərazisində partlayış olub, 29 nəfər yaralanıb. 17.09.2016. AFP PHOTO / William EDWARDS

ABŞ-ın Nyu-York şəhərinin Manhattan ərazisində partlayış olub, 29 nəfər yaralanıb. Yaralılardan birinin vəziyyəti ağırdır.

Partlayışın səbəbləri hələlik məlum deyil.

Şahidlər partlayış səsi eşitdiklərini, bundan sonra yüzlərlə adamın ərazidən qaçdığını bildirir.

Şahidlər partlayış səsi eşitdiklərini, bundan sonra yüzlərlə adamın ərazidən qaçdığını bildirir. Hadisə yerinə gələn Nyu-Yorkun bələdiyyə sədri Bill de Blasio partlayışın terror olub-olmadığına dair əllərində sübut olmadığını deyib. Blasio deyib ki, hazırda hadisə yerində araşdırmalar davam edir.

Buna da bax: «Aeroportdakı partlayış Türkiyənin ürəyinə hücumdur»

Polis partlayış olan bölgəni nəzarətə götürüb. Hadisə yerində terrorla mübarizə qrupu araşdırmalara başlayıb.

Ağ Evin açıqlamasında hadisə ilə bağlı prezident Barack Obamanın məlumatlandırıldığını bildirilir.

Buna da bax: 11 sentyabrdan sonra nə dəyişdi?

XS
SM
MD
LG