Keçid linkləri

Təcili xəbərlər
2021, 14 May, Cümə, Bakı vaxtı 01:40

Trump: 'Clinton-un mühafizəçilərinin silahları alınsın'


Donald Trump

Respublikaçılar Partiyasından ABŞ prezidentliyə namizəd Donald Trump bildirib ki, Hillary Clinton-un mühafizəçiləri silahdan istifadə etməməlidir.

Mayamidəki çıxışında Trump deyib ki, Clinton-un mühafizəçilərinin silahları əllərindən alınmalıdır: «Çünki Clinton silahların əleyhinədir. Onda silahdan əl çəksinlər. Görək onda nələr olacaq».

Donald Trump silah sahibi olmaq haqqını müdafiə edənləri ona səs verməyə çağırıb.

Demokratların namizədi Hillary Clinton isə prezident seçilərsə, silah sahibi olmaqla bağlı qaydaların sərtləşdiriləcəyini bildirib.

ABŞ-da prezident seçkisi noyabrda keçiriləcək.

XS
SM
MD
LG