Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:13

İŞİD-in işgəncə videolarının müəllifi öldürülüb


İŞİD yaraqlıları
İŞİD yaraqlıları

«İslam Dövləti» (İŞİD) qruplaşmasının əsas liderlərindən biri – Vail Adil Hasan Suriyada öldürülüb.

ABŞ Müdafiə Nazirliyi açıqlama yayıb.

Pentaqonun sözçüsü Peter Cook bildirib ki, Vail Adil Hasan Selman El Fayad sentyabrın 7-də Rakkada həyata keçirilən hücum zamanı öldürülüb.

Vail İŞİD-in informasiya naziri və əsas liderlərindən biri sayılırdı.

«O, İŞİD-in işgəncə və edam videolarını hazırlatdırıb yayımına rəhbərlik edirmiş».

Vail-in keçən həftə öldürülmüş İŞİD-in sözçüsü Muhammed El Adnani ilə yaxın işbirliyində olduğu bildirilir.

XS
SM
MD
LG