Keçid linkləri

2026, 30 Aprel, cümə axşamı, Bakı vaxtı 14:12

İngiltərənin AB-dən ayrılma vaxtı açıqlandı

London
London

İngiltərənin Avropa Birliyindən ayrılma mərhələsi 2017-ci ilin əvvəlində başlaya bilər.

Bunu Avropa Birliyi Şurasının prezidenti Donald Tusk deyib.

Tusk bildirib ki, İngiltərənin baş naziri Theresa May ölkəsinin Avropa Birliyindən rəsmi ayrılma mərhələsinin gələn ilin fevral ayına qədər başlayacağını bildirib.

İyunun 23-də İngiltərədə ölkənin Avropa Birliyində qalıb-qalmaması ilə bağlı keçirilən referendumdan sonra Slovakiyanın paytaxtı Bratislavada Avropa liderlərinin görüşü olub.

27 ölkə liderinin qatıldığı sammitdə İngiltərənin baş naziri Theresa May iştirak etməyib.

This item is part of
XS
SM
MD
LG