Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:37

Həkimi deyir, Clinton sağlamdır


Hillary Clinton
Hillary Clinton

ABŞ-da Demokratlardan prezidentliyə namizəd «Hillary Clinton sağlamdır və səhhəti prezidentliyə uyğundur». Belə bir açıqlamayla onun həkimi Lisa Bardack çıxış edib.

«Antibiotiklər və istirahət ona dirçəlməyə yaxşı kömək edir. O, sağlamdır və səhhəti ABŞ prezidenti kimi xidmətə uyğundur», - Bardack sentyabrın 15-də açıqlamış məktubda yazır.

68 yaşlı Clinton 11 Sentyabr terrorunun anım mərasimində müvazinətini itirmişdi, o, sonradan başının gicəlləndiyini deyirdi. Clinton-a pnevmoniya diaqnozu qoyulub. Bütün bunlar onun səhhəti, eləcə də bu məsələnin məxfi saxlanması sarıdan narahatlıq yaradıb.

Bu arada Respublikaçıların namizədi Donald Trump da bir tibbi şouda səhhətiylə bağlı informasiya açıqlayıb, proqram sentyabrın 15-də efirə gedəcək.

Clinton-un sentyabrın 15-dən seçki kampaniyasına qoşulacağı gözlənilir.

XS
SM
MD
LG