Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:38

Bakıda tələbə yataqxanası inşa ediləcək


Bakıda tələbə yataqxanalarında məcburi köçkünlər məskunlaşıb.
Bakıda tələbə yataqxanalarında məcburi köçkünlər məskunlaşıb.

Azərbaycanda yeni müasir tələbə yataqxanası inşa ediləcək.

Təhsil naziri Mikayıl Cabbarov APA-ya müsahibəsində deyib ki, paytaxtda tələbə yataqxanalarının az olmasının səbəbləri yaxşı məlumdur: «Bizim təşəbbüsümüzə müsbət cavab verərək, Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü əsasında şəhərimizin mərkəzi hissəsində 1000 nəfərlik tələbə yataqxanası layihəsinə start verilib. Bu layihə dövlət-özəl tərəfdaşlığının daha bir nümunəsidir. Hazırda layihələndirmə işləri başa çatdırılıb və yaxın günlərdə tikinti işlərinə başlanacaq. Müasir tələbə yataqxanası bu gün mövcud olan ən müasir standartlara uyğun olaraq inşa ediləcək».

Təhsil naziri qeyd edib ki, yeni yataqxana layihəsi dövlətin müvafiq ali təhsil müəssisəsinin, xüsusilə Dövlət Neft və Sənaye Universitetinin balansında olan ərazilərdə həyata keçiriləcək: «Lakin bu layihənin özəlliyi var. Biz istəyirik ki, yalnız Dövlət Neft və Sənaye Universiteti deyil, ehtiyacı olan digər ali təhsil müəssisələri də tələbələrini müvafiq kvotalara uyğun həmin tələbə yataqxanalarında yerləşdirmək imkanı qazansınlar».

1992-1994-ci illər ərzində Azərbaycanın bir sıra rayonları işğal edildikdən sonra məcburi köçkünlərin bir hissəsi tələbə yataqxanalarında məskunlaşıb. Üstəlik, mövcud tələbə yataqxanalarının əksəriyyətinin istifadəyə yararsız olduğu bildirilir.

XS
SM
MD
LG