Keçid linkləri

2025, 17 Mart, Bazar ertəsi, Bakı vaxtı 08:37

Atəşkəslə bağlı 15 sentyabr açıqlaması


Qarabağda erməni əsgər
Qarabağda erməni əsgər

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan istifadə etməklə, sutka ərzində atəşkəsi ümumilikdə 14 dəfə pozublar.

Məlumatda vurğulanır ki, Ermənistanın İcevan rayonundan Azərbaycan ordusunun Qazax, Berd rayonundan da Tovuz rayonu ərazisindəki mövqeləri atəşə tutulub.

Nazirliyin bildirməsinə görə, işğal altında olan Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Goranboy rayonu istiqamətində də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri hədəf seçilib.

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

XS
SM
MD
LG