Keçid linkləri

2025, 22 Mart, şənbə, Bakı vaxtı 19:41

Azərbaycanda 'Bilik günü'


Foto arxiv.
Foto arxiv.

Bu il ümumilikdə ölkə üzrə 164 min 33 şagird birinci sinfə gedəcək.

Bu haqda Təhsil Nazirliyinin saytı xəbər verir.

Xəbərdə bildirilir ki, 4 min 472 ümumtəhsil müəssisəsində 1 milyon 415 min 242 nəfər şagird oxuyacaq.

Yeni dərs ilində Bakıda 43 min 397 şagird birinci sinfə gedəcək. Bakı üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə yeni tədris ilində oxuyacaq şagirdlərin sayı da 354 min 573 nəfər olacaq.

Bu tədris ilində ölkə üzrə 29 yeni məktəbin istifadəyə verildiyi, 17 məktəbin əsaslı, 384 məktəbin də cari təmir edildiyi bildirilir. 10 təhsil müəssisəsinin tikintisi isə davam edir.

Daxili İşlər Nazirliyindən bildiriblər ki, dərs ilinin başlanması ilə əlaqəli polis gücləndirilmiş iş rejiminə keçib.

XS
SM
MD
LG