Keçid linkləri

2025, 16 Mart, bazar, Bakı vaxtı 02:03

Neft toxluğu varsa, demək ucuzlaşacaq


OPEC-in Vyanadakı qərargahı
OPEC-in Vyanadakı qərargahı

Beynəlxalq Enerji Agentliyi bildirib ki, neft bazarında təklifin tələbi üstələməsi gələn il də davam edəcək və neftin qiyməti daha 2 faiz ucuzlaşacaq

Parisdə yerləşən Beynəlxalq Enerji Agentliyi (BEA) bildirib ki, neft bazarında təklifin tələbi üstələməsi gələn il də davam edəcək. Bu, neftin qiymətini daha 2 faiz endirəcək.

Agentliyin məlumatında neftə tələbatın özəlliklə Asiyada proqnozlaşdırıldığından daha yavaş artdığı deyilir.

Buna da bax:​ Neftin qiyməti yenə yüksəlir

«Bazarda bunun əksi baş verir»

Son iki ildə dünya bazarında neftin kəskin ucuzlaşması neft toxluğu ilə bağlıdır. Başqa sözlə, dünyada istifadə edilə biləcəyindən daha çox neft çıxarılıb. Bu neft toxluğu, ən azı, gələn ilin birinci yarısında da sürəcək. BEA bunu açıqlamaqla, əslində, bir ay əvvəlki proqnozunu geri götürmüş olur.

«Neft qiymətlərinin indiki səviyyəsini nəzərə alsaq, təklifin azalmasını, tələbinsə xeyli artmasını gözləmək olardı. Ancaq belə görünür ki, hazırda bunun əksi baş verir», - BEA-nın son aylıq hesabatında belə deyilir.

Sözügedən hesabatda əvvəllər bazarın aparıcı qüvvələri olan Hindistan və Çin kimi ölkələrdə neftə tələbatın azaldığı vurğulanır.

Buna da bax:​ Proqnozların əksinə, neft bahalaşır. Niyə?

Avqustda rekord hasilat olub

Son iki ildə dünya bazarında neftin kəskin ucuzlaşması neft toxluğu ilə bağlıdır.

Bununla yanaşı, iri neft istehsalçıları qiymətlərin kəskin enməsinə və sərmayələrin azalmasına məhəl qoymur və durmadan neft çıxarırlar. Dünyanın ən zəngin ölkələrində anbarlarda toplanmış neft ehtiyatı əvvəllər görünməyən səviyyədədir.

OPEC ölkələri avqustda bazara hər gün 33,2 milyon barrel xam neft çıxarıblar. Bu isə, demək olar, ən yüksək göstəricidir.

Nefti daha yüksək maya dəyəri ilə hasil edən istehsalçıları bazardan çıxaran OPEC öz payını qorumağa çalışıb.

Buna da bax:​ OPEC neftin qiymətinə dəyməyəcək

OPEC üzvləri Əlcəzairdə toplaşacaq

Ancaq ucuzlaşma hamıya ziyan vurur. OPEC üzvləri ilə Rusiya qiymətləri xilas etmək üçün hasilatı azaltmaq barədə aylarla danışıq aparsalar da, elə bir nəticəyə gələ bilməyiblər.

OPEC üzvləri sentyabrın sonunda Əlcəzairdə mühüm görüş keçirəcəklər. Bu tədbir öncəsində Səudiyyə Ərəbistanı və İran istehsalı artırıblar. OPEC-in görüşündə yenə hasilatın dondurulması məsələsi dartışılacaq.

XS
SM
MD
LG