Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 16:05

-

Avqustun 16-da neft biraz da bahalanıb. Belə ki, Rusiya OPEC neft karteli ilə işləyəcəyinə, neft bazarındakı artıq məhsulla bağlı tədbir görüləcəyinə eyham vurub.

Rusiya nümayəndə heyəti OPEC-in Vyanadakı ofisinə baş çəkib, “neft bazarındakı durum, onun inkişafı barədə fikir mübadiləsi aparıb”, Rusiyanın Enerji Nazirliyi bildirib.

Enerji naziri Aleksandr Novak daha sonra deyib ki, ölkəsi OPEC-lə görüş planlaşdırır. Bu açıqlamadan sonra, avqustun 16-da Nyu Yorkda xam neftin bareli 84 sent bahalanaraq 46,58 dollara, Londonda isə 49,23 dollara çatıb.

Daha öncə də Novakın hasilatın müvəqqəti dondurulması barədə danışması qiymətləri yüksəltmişdi.

Rusiyayla Səudiyyə Ərəbistanı dünyanın ən böyük neft hasilatçılarıdır.

XS
SM
MD
LG