Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Yanvar, çərşənbə, Bakı vaxtı 05:30

Gorbachev səhətinə görə Praqaya gedə bilmədi


Mikhail Gorbachev

Keçmiş SSSR-i prezidenti Mikhail Gorbachev Praqaya səfərini təxirə salıb.

O, səhətinə görə Praqada keçiriləcək beynəlxalq konfransa qatıla bilməyəcək.

Həkimlər bunu ona məsləhət görməyib.

Bu barədə Gorbachevin mətbuat xidməti xəbər verir.

Konfransın təşkilatçıları onun səhətində ciddi problemlər olduğunu deyirlər.

Amma Gorbachevin mətbuat xidməti bunu təkzib edib və işini adi rejimdə davam etdirdiyini bildirib.

Qeyd edək ki, kütləvi informasiya vasitələri bu ilin aprelində də Gorbachevun xəsətəxanaya düşdüyünü xəbər vermişdilər.

Amma mətbuat xidməti onda da məlumatı təkzib eləmişdi.

“Soyuq müharibədən sonra ümumi təhlükəsizlik. Avropanın təhlükəsizliyi və Rusiya” adlı konfrans sentyabrın 16-18 arası keçiriləcək.

Gorbachev bu konfransa əsas qonaq kimi dəvət olunmuşdu. O konfransa telekörpü ilə qoşulacaq.

XS
SM
MD
LG