Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:29

İslam Oyunlarına hazırlıq müzakirə edildi


Iyad Amin Madani
Iyad Amin Madani

Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev sentyabrın 13-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəni ilə görüşüb.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə İƏT ilə Azərbaycan arasında əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb .

İyad bin Amin Mədəni qeyd edib ki, səfərinin əsas məqsədi İslam Həmrəylik Oyunlarının hazırlığı ilə tanış olmaqdır.

Buna da bax:​ İslam Oyunlarına hazırlıq sürətlənir

İslam Konfransı Təşkilatı 1969-cu ildə Mərakeşdə yaradılıb. 2011-ci il Astana sammitində bu qurum İslam Əməkdaşlıq Təşkilatı adlandırılıb.

Ə. Qarayev İslam Həmrəylik Oyunlarının hazırlığının bilavasitə ölkə rəhbərliyinin diqqətində olduğunu və bütün aidiyyəti təşkilatların bu işə lazımı dəstək göstərdiyini bildirib. O qeyd edib ki, nazirlik həmrəylik oyunları dövründə maraqlı mədəni tədbirlərin təşkil edəcək.

İyad bin Amin Mədənini sentyabrın 12-də prezident İlham Əliyev qəbul etmişdi.

Azərbaycan 1992-ci ildən bu qurumun üzvüdür.

2017-ci ildə İslam Həmrəylik Oyunları Azərbaycanda keçiriləcək.

Buna da bax:​ İslam Həmrəylik Oyunlarının vaxtı bilindi

İslam Konfransı Təşkilatı 1969-cu ildə Mərakeşdə yaradılıb. 2011-ci il Astana sammitində bu qurum İslam Əməkdaşlıq Təşkilatı adlandırılıb.

Azərbaycan 1992-ci ildən bu qurumun üzvüdür. Hazırda İƏT sıralarında 60-a yaxın ölkəni birləşdirir.

XS
SM
MD
LG