Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:13

İslam Oyunlarına hazırlıq sürətlənir


İlham Əliyev və Mehriban Əliyeva

İlham Əliyev və Mehriban Əliyeva

2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin birinci iclası keçirilib.

İclasa prezident İlham Əliyev sədrlik edib.

İlham Əliyev oyunların həm bütün dünya, həm də İslam aləmi üçün əhəmiyyətindən danışıb və bu idman tədbirinin yüksək səviyyədə keçirilməsi üçün Azərbaycanın əlindən gələni edəcəyini bildirib.

Prezident Azərbaycanın müstəqil siyasət yürütdüyünü, sürətlə inkişaf edən ölkə olduğunu və gələcəkdə bu cür bayramların daha çox olacağını vurğulayıb.

Qeyed edək ki, prezident bir neçə gün bundan əvvəl Oyunların Təşkilat Komitəsinin yaradılması ilə bağlı sərəncam imzalayıb və komitəyə rəhbərlik Mehriban Əliyevaya həvalə olunub.

Mehriban Əliyeva bundan əvvəl “Eurovision” və birinci Avropa Oyunları ilə bağlı yaradılan Təşkilat komitələrinə də rəhbərlik edib.

Mehriban Əliyeva iclasda ilkin hazırlıq işləri barədə məlumat verib.

Bu barədə prezidentin rəsmi saytı məlumat yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG