Keçid linkləri

2025, 25 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:26

'Belarusda hərtərəfli seçki islahatına ehtiyac var'


Belarusda seçkilər
Belarusda seçkilər

Avropa Birliyi deyir ki, Belarusda sentyabrın 11-də keçirilmiş parlament seçkiləri «hərtərəfli seçki islahatına» ehtiyacı üzə çıxarıb.

Bazar günü seçkilərində son 20 ildə ilk dəfə olaraq iki müxalifətçi parlamentə keçib. Amma ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri Kent Harstedt sentyabrın 12-də RFE/RL-ə bildirib ki, seçkilər azad və ədalətli keçirilməyib.

AB-nin xarici siyasət idarəsi sentyabrın 12-də yaydığı açıqlamasında vurğulayır ki, «səsvermə daha geniş demokratikləşmə prosesinin bir hissəsi kimi, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində hərtərəfli seçki islahatlarına ehtiyacı üzə çıxarıb».

«Belarus hakimiyyətinin yubanmadan bu işi bərpa edəcəyini gözləyirik», - açıqlamada vurğulanır.

Parlamentdə prezident Alyaksandr Lukashenka-nın müttəfiqləri üstünlük təşkil edir. 1990-cı illərdən bəri Belarusda keçirilən heç bir seçki azad və demokratik sayılmayıb.

XS
SM
MD
LG