Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:33

Pakistan Rusiyayla ilk hərbi təlimlər keçirəcək


Pakistan ordusu
Pakistan ordusu

Bu ilin sonuna yaxın Pakistanla Rusiya ilk hərbi təlimlərini keçirəcəklər. İslamabadla Vaşinqtonun münasibətlərinin sərinlədiyi bir məqamda bu, Cənubi Asiyada yeni bir qruplaşmanın yaranmasının əlaməti sayıla bilər.

Pakistan rəsmiləri «Express Tribune» qəzetinə deyiblər ki, hərbi oyunlara iki tərəfdən 200-dək hərbçi qatılacaq.

Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Nafees Zakariya «Radio Mashaal»a açıqlamasında təlimlərin Rusiyayla əlaqələrin genişləndirilməsinin bir hissəsi olduğunu təsdiqləyib: «İki ölkə bir sıra sahələrdə yaxınlaşırlar. Rusiya bu yaxınlarda Şimal-Cənub qaz kəməri kontraktını əldə edib. Dəyəri 2 milyard dollardır, kiçik kontrakt deyil. Bütün bunlar ikitərəfli münasibətlərin sürətlə yüksəldiyini göstərir».

Bu arada ABŞ Pakistanın ən böyük rəqibi olan Hindistanla əlaqələri gücləndirir. ABŞ Hindistanla böyük müdafiə və iqtisadi razılaşma imzalayıb. ABŞ dövlət katibi John Kerry isə Dehliyə səfəri zamanı Pakistanı tənqid edib.

Zakariya deyib ki, regionda xeyli dəyişikliklər baş verir, yeni tərəfdaşlıqlar yaranır və Pakistan da bütün bunları diqqətlə izləyir.

XS
SM
MD
LG