Keçid linkləri

Təcili xəbərlər
2020, 19 Sentyabr, şənbə, Bakı vaxtı 19:59

Nazirlikdən atəşkəs açıqlaması


Qarabağda erməni əsgər

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan istifadə etməklə, sutka ərzində atəşkəsi ümumilikdə 19 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın Noyemberyan rayonundan Qazax rayonunun Qaymaqlı, Berd rayonundan da Tovuz rayonunun Koxanəbi kəndi atəşə tutulub.

Bundan başqa, işğal altında olan Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatkino və Goranboy rayonu istiqamətindən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin vurulduğu bildirilir.

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

XS
SM
MD
LG