Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Sentyabr, bazar, Bakı vaxtı 18:03

Suriyada atəşkəs rəsmi qüvvəyə mindi


Foto arxiv

Suriya ərazisində atəşkəs sentyabrın 12-dən rəsmi qüvvəyə minib.

Atəşkəs razılaşması ABŞ və Rusiyanın vasitəçiliyi ilə əldə olunub və bu ölkədə müharibəyə son qoyulması üçün bu il edilən ikinci cəhddir.

Əgər razılaşmaya həftə ərzində əməl olunsa, ABŞ-la Rusiya koordiansiyalı şəkildə ekstremist qüvvələrin mövqelərinə havadan zərbələr endirəcəklər.

Suriya ordusu atəşkəsə əməl olunacağını bəyan edib, amma istənilən pzuntuya cavab vermək hüququ var.

Həmçinin üsyançılar atəşkəs rejiminə əməl olunacağını vəd ediblər.

5 ildən çoxdur ki, davam edən Suriya müharibəsində 270 mindən çox adam ölüb, 11 milyondan çox adam ev-eşiyindən didərgin düşüb.

XS
SM
MD
LG