Şimali Koreya altıncı nüvə silahı sınağı keçirməyə hazırdır. Bu barədə Cənubi Koreya mediası hökumət rəsmilərinə istinadla yazıb.
«Yonhap» xəbər agentliyi sentyabrın 12-də adı çəkilməyən rəsmiyə istinadla yazıb ki, Pxenyan sınaqdan ötrü hazırlıqları tamamlayıb. Hazırlıqlar Punnggye-ri sınaq meydanında öncə istifadə olunmamış tuneldə aparılıb.
Şimali Koreya beşinci nüvə sınağını sentyabrın 9-da aparıb. Elə həmin gün BMT-nin Təhlükəsizlik Şurası Pxenyana qarşı əlavə sanksiyalar hazırlamağa razılaşıb.
2006-cı ildən Şimali Koreya ilk nüvə partlayışı həyata keçirəndən sonra Pxenyana sanksiyalar qoyulub.