Keçid linkləri

2025, 18 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 10:53

Fabrikdə 26 nəfər yanıb


Bangladeşdə fabrikdə yanğından sonra
Bangladeşdə fabrikdə yanğından sonra

Banqladeşin paytaxtı Dakka yaxınlığındakı qablaşdırma fabrikdə baş vermiş partlayış və yanğından sonra ölənlərin sayı 26 nəfərə çatıb. 74 nəfər yaralanıb.

Rəsmilər ölənlərin sayının artacağından narahatdır.

Son illər Banqladeşdəki fabriklərdə təhlükəsizlik tədbirlərinin yetərincə olmaması səbəbindən tez-tez ciddi iş qəzaları baş verir.

2013-cü ildə tekstil fabrikinin yerləşdiyi binanın uçması nəticəsində 100 işçi ölmüşdü. 2012-ci ildə isə yenə bir tekstil fabrikində baş verən yanğın nəticəsində 112 nəfər ölmüşdü.

XS
SM
MD
LG