Sentyabrın 11-də Belarusda parlament seçkiləri keçirilir.
Belarus parlamentinin aşağı palatası olan Nümayəndələr Palatasına seçkilərdə 110 yer uğrunda 521 namizəd mübarizə aparır. Onlardan 176-ı davamlı təzyiqlər nəticəsində parçalanaraq zəifləmiş müxalif partiyalarının nümayəndələridir.
Nümayəndələr Palatasına seçkilərdə 110 yer uğrunda 521 namizəd mübarizə aparır.
Seçkidə 7 milyona yaxın seçici səs verəcək. Nəticələrin gecə açıqlanacağı gözlənilir.
Sovet dövründə ferma direktoru işləmiş Aleksandr Lukashenkonun 20 ildən artıq idarə etdiyi Belarusda indiyədək demokratik sayıla bilən seçki keçirilməyib. Belarusda müxalif fikirli insanlar davamlı cəzalandırılır, media ciddi nəzarət altında saxlanılır.