Senytabrın 11-də Müdafiə nazirliyi Qurban bayramı münasibətilə hərbi hissələrdə «Açıq qapı» günü keçirir.
Ziyarətçilər, ictimaiyyət, KİV nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olmaq, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər.
Buna da bax: Müdafiə naziri əsgərlərlə yemək yedi- FOTOLAR
Müxtəlif hərbi hissələrdə Silahlı Qüvvələrin rəhbər heyətinin iştirakı ilə əsgər valideynləri ilə görüşlər təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq.
Məlumatı Müdafiə nazirliyinin mətbuat xidməti yayıb.