Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:09

Polis mitinq təşkilatçılarına xəbərdarlıq edib


 Bakı Şəhər Baş Polis İdarəsi
Bakı Şəhər Baş Polis İdarəsi

Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) mitinqinin təşkilatçıları Vahid Məhərrəmli, Eldəniz Quliyev və İbrahim İbrahimli sentyabrın 9-da Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıblar.

Onlarla idarənin rəis müavini Səhləb Bağırov söhbət edib.

Eldəniz Quliyev «Turan» İnformasiya Agentliyinə bildirib ki, polis generalı aksiya iştirakçılarının qanuna zidd hərəkətlərə yol verməməsi barədə təşkilatçılara xəbərdarlıq edib.

Buna da bax:​ Şəhər rəhbərliyi Milli Şuranın mitinq istəyinə ‘hə’ dedi

Öz növbəsində müxalifət nümayəndələri də bildiriblər ki, onlar özləri mitinqin sakit durumda və qanun çərçivəsində keçirilməsində maraqlıdır.

E. Quliyevin bildirməsinə görə, S.Bağırov xahiş edib ki, mitinqin vaxtı 1-2 saat qabağa çəkilsin, qaranlıq düşənə qədər aksiya başa çatsın.

Bunun cavabında İ. İbrahimli deyib ki, artıq bunu etmək mümkün deyil, çünki çaşqınlıq yarana bilər. Növbəti mitinqlərin təyin edilməsi zamanı bunun nəzərə alına biləcəyini vurğulayıblar.

Buna da bax:​ Müxalifətin geniş spektrindən Milli Şuranın mitinqinə dəstək

Milli Şura sentyabrın 26-da Konstitusiyaya dəyişikliklərlə bağlı keçiriləcək referenduma etiraz edir. Mitinq «Monarxiyaya yox! Talana son!» şüarı ilə keçirilməlidir.

Konstitusiyaya dəyişikliklərlə bağlı referendum sentyabrın 26-na təyin olunub.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

Buna da bax: Konstitusiyada nələr necə dəyişdirilir? (Müqayisəli mətn)

Milli Şura hesab edir ki, dəyişikliklərdə məqsəd respublikadan monarxiyaya keçidi və hakim ailə üzvilərinin hakimiyyətdə təmsilçiliyini təmin etməkdir.

Hakimiyyət rəsmiləri isə Konstitusiya dəyişiklərini zamanın tələbi adlandırıblar. Onların fikrincə, bu dəyişikliklər dövlətin təhlükəsizliyinə, islahatların sürətləndirilməsinə xidmət edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG